XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

30 Aprel 2019 - 16:41

Karakasda küçə döyüşləri başladı, ordu bəyanat verdi:"Maduro və hökumətini əmin bir şəkildə müdafiə edəcəyik"

Venesuela müxalifətinin lideri Xuan Quaido bir qrup hərbçi tərəfdarı ilə hakimiyyəti ələ keçirmək üçün küçə döyüşlərinə başlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun özü məlumat verib.

Müxalif lideri bildirib ki, ölkənin faktiki rəhbərliyini devirmək üçün son “Azadlıq” əməliyyatına başlayıblar.

Dünya mətbuatı yazır ki, hazırda paytaxtda küçə döyüşləri gedir.

Ölkənin informasiya nazirinin müavini Xorge Rodriquez “Twitter”də yazıb ki, “Venesuela kiçik qrup hərbi xain tərəfindən qarşıdurmaya və məhv olmağa sürüklənir”.

Venesuelanın müdafiə naziri Vladimir Padrino isə silahlı qüvvələrin prezident Maduronun yanında olduğunu bəyan edib. O, ordunun qanuni prezident Maduro və hökumətini əmin bir şəkildə müdafiə edəcəklərini bildirib.

Bu arada isə Venesuelanın Qurucu Məclis başqanı Diosdado Cabello xalqa səslənib. O, prezident Nikolas Maduronu qorumaq üçün Miraflores Sarayına toplanmağa çağırıb.