XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

02 May 2019 - 10:07

Maduro müxalif lideri həbslə hədələdi, ABŞ-a şok ittiham irəli sürdü:"Küçə savaşını birbaşa Con Bolton yönəldir"

Venesuelada müxalif qüvvələrin hakimiyyəti devirmək cəhdi iflasa uğrayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Venesuelanın prezidenti Nikolas Maduro deyib.

O bildirib ki, indi müxalif lideri ölkədəki bir səfirlikdən digərinə qaçır: “Ədalət onları axtarır. Gec-tez xainliklərin və işlədikləri suçların əvəzini ödəmək üçün həbsə girəcəklər”.

Xalqın və ordunun hərbi çevrilişə imkan verməyəcəyini deyən Maduro bildirib ki, kim prezident olmaq istəyirsə, tək bir şey  etməsi gərəkdir: “Xalqın səsini qazanmaq. Venesuelada dövlət başçısı olmanın tək yolu budur. Burada heç kimi silahlar deyil, yalnız xalq başa gətirə bilər. Xalq bu ölkənin başına heç vaxt kukla bir prezident gətirməyəcək”.

Daha sonra Maduro 3 gün əvvəl başlayan çevrilişə cəhd əməliyyatının başında şəxsən ABŞ prezidentinin müşaviri Con Boltonun durduğunu deyib: “Bəli, bu savaşı Tramp və Bolton koordinasiya edir. Bolton isə şəxsən küçələrdəki hər addımı yönəltdi. Lakin iflasa uğradılar. Hər zaman da belə olacaq”.