XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 May 2019 - 14:45

Medvedev Paşinyanın “Başqa sual yoxdursa, biz keçə bilərik?” sualına elə cavab verdi ki… –İrəvandakı tədbirdə pərtlik yaranıb

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 1-də İrəvanda rusiyalı həmkarı Dmitri Medvedyevlə keçirdiyi görüşdəki davranışına görə ölkə ictimaiyyətinin tənqidi ilə üzləşib.

Bunu “Novosti Armeniya” yazıb.

Ermənistanın Rəqabətədavamlılıq üzrə  Milli Şurasının üzvü Avetik Çələbyan bildirib ki, Rusiyanın Baş Naziri Dmitri Medvedyevin davranışı iki ölkə arasındakı dostluq münasibətlərində, ən azı, ümidsizlik yaradır və qınanmalıdır.

Onun sözlərinə görə, Rusiya hökumətinin başçısı İrəvandakı görüşdə davranışı ilə təhqirə yol verib: “Rusiya rəhbərliyi buna görə izahat verməlidir”.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanı da dövlət dilində danışmadığı üçün tənqid edib: “Baş nazir xüsusi ilə Ermənistan ərazisində dövlət dilində danışmalıdır. Qonaqlar üçün keyfiyyətli sinxron tərcümə var”.

A.Çələbyan vurğulayıb ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqında təzyiqə məruz qaldığı ilk dəfə deyil. O, Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev və Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonun Ermənistan hakimiyyətini əvvəllər də tənqid etdiyini vurğulayıb.

N.Paşinyanın tərəfdarları isə Rusiya Baş Nazirinin davranışını “Velikorus şovinizminin növbəti görüntüsü”, “Rusiya elitasında Medvedyevin çatışmayan çəkisi”, “Rusiya Baş nazirinin tərbiyəsizliyi” kimi qiymətləndiriblər.

Qeyd edək ki, İrəvanda Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclası keçirilib. D.Medvedyev toplantıda N.Paşinyanın sualına verdiyi cavabla mətbuatın gündəminə düşüb.

Həmin görüşdə Nikol Paşinyan deyib: “Başqa sual yoxdursa, biz keçə bilərik?”

D.Medvedyev sualı belə cavablandırıb: “Yox”.

Rusiyanın hökumət başçısı bu ifadənin sərtliyini yumşaltmaq üçün zarafat etməyə səy göstərib: “Bəs hara keçirik?”

N.Paşinyan isə pərt halda deyib: “İmzalama proseduramıza”.

Rusiyanın zaldakı nümayəndə heyətinin üzvləri isə N.Paşinyanın düşdüyü vəziyyətə gülüblər./Report/