XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

04 May 2019 - 19:46

Türkiyə ordusu Suriyada PKK/YPG-yə qarşı yeni əməliyyata başladı –ASO bir kəndi azad etdi

Türkiyə ordusunun Suriyada dəstəklədiyi Azad Suriya Ordusu (ASO) Tel-Rifat bölgəsində PKK/YPG/PYD terror qrupuna qarşı yeni əməliyyata başlayıb.

Strateq.az TRT-yə istinadən xəbər verir ki, bu dəqiqələrdə ASO PYD/YPG-nin nəzarətində olan Maaranaz kəndini azad edib.

30-ya yaxın terrorçunun məhv edildiyi açıqlanıb.

Digər kəndlərin təmizlənməsi istiqamətində əməliyyat davam edir.

Bildirilir ki, əməliyyata türk ordusu top və tank atəşləri ilə dəstək verir.

Məlumatda o da qeyd olunur ki, türk ordusu Tel-Rifata doğru qaçan terrorçuları top atəşləri ilə məhv edir.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl məhz azad olunan Maaranaz kəndindən PKK türk əsgərlərinə raket atmışdı. Nəticədə bir əsgər şəhid olmuşdu, 3-ü yaralanmışdı.