Rusiyada baş vermiş təyyarə qəzasında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat yayıb.
Qeyd edək ki, dünən Moskvanın “Şeremetyevo” hava limanında “Sukhoi Superjet 100” təyyarəsində yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 41 nəfər həlak olub.
Təyyarənin ekipajı bildirib ki, yanğın təyyarəni ildırım vurduğuna görə baş verib.