XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

09 May 2019 - 17:17

“Satqın”, “qul”… –Zurabişvili parkda fitə basıldı

Gürcüstan Prezidenti Salome Zurabişvili Qələbə günü münasibətilə Vake parkında II Dünya müharibəsi veteranlarını təbrik edib.

Zurabişvili bundan sonra veteranlar qarşısında çıxış edərək, II Dünya müharibəsində həlak olan hər kəsin hörmətə layiq olduğunu bildirib.

Prezident II Dünya müharibəsində iştirak edən bütün gürcülərin ölkələrinin azadlıq və müstəqilliyi uğrunda mübarizə apardığına inandıqlarını iddia edib.

Vake parkında Zurabişvilinin ziyarət etdiyi rusiyayönlü qüvvələrin “Ölümsüz alay” aksiyası ilə eyni anda Rusiya işğalına qarşı da aksiya keçirilib. Aksiyanın təşkilatçıları olan “İşğalçı Rusiya” hərəkatının üzvləri Zurabişvilini Vake parkında fitə basıblar.

Onlar gürcü liderini satqın, qul adlandırıb və etiraz olaraq Gürcüstanın milli qəhrəmanı, 2008-ci il müharibəsində vəhşicəsinə öldürülən Georgi Antsuxelidzenin şəklini qaldırıblar/Axar.az.