XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

09 May 2019 - 23:34

ƏRDOĞAN TƏKRAR SEÇKİDƏN DANIŞDI:"Bütün bunlar saxtakarlıq deyilmi?"

Türkiyə prezidenti Ərdoğan İstanbulda 23 iyunda keçiriləcək təkrar bələdiyyə seçkiləri ilə bağlı etirazlara reaksiya verib.

Strateq.az xəbər verir ki. o,  31 mart seçkilərində lideri olduğu partiyanın xalqdan 51,7 faiz səs aldığını deyib: “Bəli, xalq bizim yanımızda, “Cumhur İttifaqı”nın yanında yer aldı. Hər seçki kimi, 31 mart seçkisində də qazanılan və itirilən yerlər oldu.

AKP olaraq biz daha çox digər partiyaların nəzarətində olan şəhər, rayon və qəsəbələrdə bələdiyyə sədrləri postlarını qazandıq.  İtirdiyimiz şəhərlər də oldu. Lakin İstanbulda fərqli durumla üz-üzə qaldıq. İstanbulun 39 rayonundan 25-ni qazanmağımıza baxmayaraq, İstanbul Böyükşəhər Bələdiyyəsində ilk mərhələdə 28 min səslə uduzduğumuz elan edildi. Etirazlardan sonra bu fərq 13 mindən aşağı düşdü. İndi bütün bunlar saxtakarlıq deyilmi?”.