XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

10 May 2019 - 10:26

Prezident, ailə üzvləri və dövlət rəsmiləri Fəxri xiyabanda –FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün mərhum prezident Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.

Strateq.az xəbər verir ki,  Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları və yaxınları Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra dövlət başçısı və ailə üzvləri akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.

Heydər Əliyevin məzarının ziyarət olunması mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.