XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

04 May 2015 - 07:37

Nazir Ramil Usubovdan yeni TƏYİNATLAR

Daxili İşlər Nazirliyində yeni kadr dəyişikliyi həyata keçirilib.

Strateq.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq sərəncamı ilə Ucar Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Tahir Quliyev tutduğu vəzifədən azad edilərək Oğuz RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə vəzifəsindən azad edilən Oğuz RPŞ-nin rəisi Cəmil Əmirov isə Şəmkir RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Cəmil Əmirov Vergilər Nazirinin birinci müavini Natiq Əmirovun qardaşıdır. Bundan başqa Nazirin digər əmri ilə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Aqil Ələkbərov tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nə rəis təyin olunub.

Daxili işlər nazirinin digər əmri ilə Şəmkir rayon Polis İdarəsinin sabiq rəisi Şükür Mehdiyev isə Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini təyin olunub.