XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

10 May 2019 - 21:03

Kılıçdaroğlunun açıqlaması Ərdoğanın qəzəbinə səbəb oldu:"Sən nə etmək istəyirsən?"

CHP lideri Kamal Kılıçdaroğlunun İstanbulda bələdiyyə seçkilərinin nəticələrini ləğv edən YSK (MSK) üzvlərinin adlarını “Vətən xainləri” kimi mətbuat konfransında hallandırması Prezident, AKP lideri Ərdoğanı qəzəbləndirib.

Strateq.az xəbər verir ki, Ərdoğan CHP liderinin YSK üzvlərini cəmiyyətin hədəfinə gətirmək cəhdini sərt formada qınayıb: “Sən bununla nə etmək istəyirsən? Toxunulmazlıq hüququndan istifadə edərək, nə hədlə belə kimlərisə hədəf göstərirsən? Bunu sən adi adam olsaydın, edə bilərdinmi? Edərdinsə, o zaman toxunulmazlıq hüququndan imtina et. Ondan sonra belə danış, görək, danışa biləcəksənmi?”.