XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 May 2019 - 14:26

Türk nazirdən bölgədə marağı olan dövlətlərə kəskin xəbərdarlıq:"Aralıq dənizi kiminsə  atasının deyil"

Türkiyənin Xəzinə və maliyyə naziri Bərat Albayrak Aralıq dənizində təbii qaz axtarışlarını inamla davam etdirdiklərini bildirib.

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, çox güclü iradə ilə Aralıq dənizində kəşfiyyat işlərini başa çatdıracaqlarını deyib: “Çox açıq və konkret deyirəm. Bu proses mənim nazirliyim dövründə başladı. Demək olar ki, bölgədə marağı olan bütün dövlətlər neft-qaz kəşfinə çıxıb. Türkiyə fərqli bir yol seçərək, bu işə girməlidir. Kiminləsə birgə neft-qaz axtarmaq bizlik deyil, öz gəmimiz, öz mütəxəssislərimizlə bir heyət yaratdıq, öz sərhədlərimiz daxilində bu işə qol qoyduq”.

Nazir daha sonra bölgədə maraqlı olan dövlətlərə kəskin ismarıc verib: “Aralıq dənizi kiminsə  atasının deyil. Şimali Kiprin öz dəniz suları sərhədi var.  Türkiyənin, Şimali Kiprin bu istiqamətdə ortaya qoyduğu güclü bir iradə var”.