ABŞ-ın İranda məqsədi müharibə etmək yox, hər şeydən əvvəl İran rəhbərliyinin davranışlarını dəyişməkdir.
Bunu Amerikanın dövlət katibi Mayk Pompeo CNBC-yə müsahibəsində deyib.
“Biz hesablamalarımızda yanılmırıq: məqsədimiz müharibə yox, İran rəhbərliyinin davranışlarını dəyişməkdir. Biz ümid edirik ki, İran xalqı istədiyini və layiq olduğu alacaq”, – deyə o, bildirib.
Dövlət katibi qeyd edib ki, Vaşinqtonun bölgədə istifadə etdiyi qüvvələr “nəsə olacağı” təqdirdə uyğun şəkildə cavab verməyə hazır olmaq üçün lazımdır/Report.