XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

12 May 2019 - 23:26

Ərdoğan İmamoğluna dəstək verən klub və azarkeşlərini təhdid etdi:"Hamısını qeydə alırıq..."

Prezident Ərdoğan “Fənərbaxça” azarkeşlərinin dünən “Akhisar”la oyunda dayanmadan Əkrəm İmamoğluna dəstək xarakteri daşıyan “Hər şey çox gözəl olacaq” şüarını səsləndirmələrinə etiraz edib.

Strateq.az-ın məlumatına görə, bu gün İstanbulda iftar mərasiminə qatılan Ərdoğan deyib ki, həmin stadionları onlar, yəni AKP iqtidarı tikib:  “Ya bu stadionları biz tikdik. Bunlar yanlış yoldadır. Amma biz düzəldəcəyik. Hamısını qeydə alırıq”.

Xatırladaq ki, bundan əvvəl “Qalatasaray”ın İdarə Heyətinin üzvü Hayri Kozak Əkrəm İmamoğluna dəstək verdiklərini açıq şəkildə bəyan edib.