Rəsmi Pekin Trampın hədəsinin qarşısından geri çəkilmək niyyətində deyil.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün Trampın “Çindən 10 milyard dollar əlavə vergi alacağıq” təhdidindən sonra rəsmi Pekin yeni paket hazırlığına başlayıb.
Məlumaat görə, Çin ABŞ-ın vergi siyasətinə qarşı müəyyən tədbirlər görəcək: “Rəsmi Pekin Çin mallarına tətbiq edilən vergilərin artırılmasına cavab olaraq məcburən 200 milyard dolları əhatə edəcək paket hazırlayır. Baxmayaraq ki, Çinin Ticarət Nazirliyi bu artmların heç bir dövlətə fayda gətirməyəcəyini bəyan edir. Ancaq bu, artıq iqtisadi savaşdan çox, siyasi müharibə olduğundan, Pekin bu addımı atmaq məcburiyyətindədir”.