Səudiyyə Ərəbistanında pilotsuz uçan aparatlar (PUA) vasitəsilə neft kəmərinə hücum olub.
Bunu Səudiyyə Ərəbistanının enerji və sənaye naziri Xalid bin-Əl-Falih bildirib.
Onun sözlərinə görə, hücumdan sonra əsas kəmər vasitəsilə neftin nəqli dayandırılıb.
Hücumu Yəməndə İranın dəstəklədiyi hüsi qiyamçılarının etdiyi ehtimal olunur.