XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 May 2019 - 09:17

“Sənədsiz evlərlə bağlı xüsusi komissiya yaradılıb” –Eldar Əzizov

“Sənədsiz evlərlə bağlı xüsusi komissiya yaradılıb”.

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov bildirib.

E.Əzizov bununla bağlı Prezident İlham Əliyevdən xüsusi tapşırıq aldığını da vurğulayıb:

“Bir neçə gün əvvəl cənab Prezident məni şəxsən çağırıb və yerlərdə mütəmadi görüşlər keçirməyi tapşırıb. 10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Hazırda məsələ ilə bağlı yaradılmış Komissiya çalışır. Prezident İlham Əliyev tərəfindən sənəd hazırlanır. Əminəm ki, yaxın günlərdə sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacaq”.

Rəsmi məlumatlara görə, hazırda təkcə paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən evlərin sayı 700 mindən çoxdur/Modern.az.