XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

18 May 2019 - 19:57

KOÇARYAN HƏBSDƏN BURAXILDI –Separatçılar onu zaminliyə götürüblər

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan girov və zaminlik müqabilində azadlığa buraxılıb.

Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, bu barədə mayın 18-də radionun erməni xidməti məlumat yayıb.

Koçaryan “2008-ci ildə ökədəki konstitusion quruluşu devirməkdə və korrupsiyada” ittiham olunur.

Onu Azərbaycanın separatçı bölgəsi-qondarma Dağlıq Qarabağ rejiminin indiki və keçmiş rəhbərləri Bako Saakyanla Arkadi Qukasyan zaminliyə götürüblər.

Onlar həmçinin 2 min dollara yaxın girov qoyublar.

Koçaryanın tərəfdarları ilə əleyhdarları həmin vaxt məhkəmə binasının qarşısında aksiya keçirirmişlər. Tərəfdarları qərarı alqışlarla qarşılayıblar. Əleyhdarları isə məhkəmə binasına soxulmağa cəhd ediblər, amma polis buna imkan verməyib.

Xatırladaq ki, Ermənistan hakimiyyəti 2008-ci il martın 1-də şəhərin Azadlıq meydanında aksiyaçıların üzərinə polis qüvvələri yeridərək, kütləvi etirazları amansızcasına boğub. Nəticədə, azı 10 nəfər ölüb. Aksiyaçılar həmin vaxt keçirilmiş prezident seçkisinin nəticələrinə etiraz edirdilər.

Həmin seçkidə Koçaryandan sonra hakimiyyətə ötən il kütləvi etirazlarla hakimiyyətdən uzaqlaşdırılan Serj Sarkisyan gəlmişdi.

İndi yeni Ermənistan rəhbərliyi Koçaryanı cinayət məsuliyyətinə cəlb edib.

Koçaryanla Sarkisyan Dağlıq Qarabağda doğulublar, siyasi karyeraları isə Azərbaycanın bu separatçı bölgəsinin Erməni qüvvələri tərəfinbdən işğalından sonra başlayıb.