XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 May 2019 - 10:34

Saakaşvilinin həyat yoldaşı Gürcüstanda seçkiləri uduzub –Sandra Rulofsdan etiraz

Gürcüstanın Zuqdidi rayonunda icra başçısı vəzifəsinə ötən gün keçirilmiş seçkilərdə hakim “Gürcü Arzusu” partiyasının namizədi Giorgi Şengelia səslərin 54,18%-ni əldə edərək qalib gəlib.

Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib.

Müxalif Vahid Milli Hərəkat partiyasının namizədi, sabiq prezident Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs isə 42,84% səs əldə edib.

Qeyd edək ki, Zuqdididə seçici fəallığı 46,88% təşkil edib. Dairə seçki komissiyalarına səsvermə prosesində qanun pozuntuları ilə bağlı ən çox şikayət məhz bu rayondan daxil olub.

S.Rulofs öz növbəsində seçkilərin nəticələrini tanımadığını qeyd edərək qələbə qazandığını bildirib/Report.