XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 May 2019 - 15:43

TÜRKİYƏ ŞİMALİ İRAQDA “PƏNCƏ” ƏMƏLİYYATINA BAŞLADI –Ərdoğandan mesaj

Türkiyə Şimali İraqda böyük yerüstü hərbi əməliyyata başlayıb.

Strateq.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.

Bildirilib ki, Milli Müdafiə naziri Hulusi Akar, Baş qərargah rəisi Yaşar Güler və quru qoşunlarının komandanlığı altında Şimali İraqda “Pəncə” əməliyyatına ilk olaraq top atəşləri ilə başlanılıb.

Az əvvəl isə Prezident Rəcəb Tayyip Ərdoğan əməliyyatla bağlı mesaj yayıb.

Prezident sosial şəbəkədəki hesabında yazıb ki, Iraqın şimalında yerləşən Hakurka doğru türk əsgərləri hərəkətə keçib: “Terror qrupu PKK-uya göz açdırmayan qəhrəman əsgərlərimizə sərhəddən kənardakı bu zorlu əməliyyatda uğurlar diləyirəm. Dualarımız sizlərlə. Allah yar və yardımçınız olsun”.