XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

29 May 2019 - 17:44

Akardan “Pəncə” əməliyyatı ilə bağlı açıqlama:"Şimali İraqda terrorçuların bütün hinlərini məhv edəcəyik"

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Şimali İraqda davam edən “Pəncə” əməliyyatı ilə bağlı açıqlama verib.

Strateq.az Türkiyə mətbuatına istinadla bildirir ki, Akar “Pəncə hərəkatı”nın uğurla davam etdiyini deyib:

“Məqsədimiz ölkəmizə qarşı terror təhdidini tamamən aradan qaldırmaqdır. Əsgərlərimiz tərəfindən bu bölgədə terrorçuların məhv edilməyəcək bir mağarası, hini qalmayacaq. Kandil, Asos və digər bölgələrdə  müəyyən edilən terror hədəflərini ilk dəfə tamamilə yerli və milli raketlərimizin dəstəyi ilə məhv etməkdə qərarlıyıq”.