XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

31 May 2019 - 13:42

SPİKER NAZİRƏ ŞİKAYƏTLƏNDİ:"Gərək hər dəfə kartdan pul çıxaraq?"

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov POS-terminalların işləməməsindən şikayətlənib.

O.Əsədov Vergilər naziri Mikayıl Cabbarova müraciət edərək deyib ki, POS-terminalların fəaliyyəti haqqında bir qərar fikirləşmək lazımdır: 

“Sürətli internet və digər imkanlar, bir sözlə, hər cür şərait qurulub. Belə olan halda, POS-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, POS-terminallar işləmir? Əməkhaqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq?

Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın”.

Report