XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

31 May 2019 - 14:14

YAP-çı DEPUTATDAN MİLLİ MƏCLİSDƏ SENSASİON TƏKLİF:"Paşinyanı snayperlərimiz vursun"

“Əsgərlərə əmr vermək hüququm yoxdur. Mən snayperlərdən xahiş edirəm, Ermənistanın baş naziri Nikol Paşinyan işğal olunan Azərbaycan ərazilərinə gələrkən onu vursunlar”.

Strateq.az “Report”a istinadən xəbər verir ki, bu sensasion fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Aydın Mirzəzadə səsləndirib.

“Ermənistanın müdafiə naziri cəbhə bölgəsinə gələrsə, onu da vursunlar. Qoy zabitimizin qanı yerdə qalmasın. Ermənistan üçün bu, dərs olmalıdır. Ermənistan bilsin ki, Azərbaycan xalqının səbri tükənməz deyil. Ermənistan işğala, təxribata son qoymalıdır”, – deputat əlavə edib.