XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

31 May 2019 - 22:05

Deputat Aydın Mirzəzadə təkzib etdi:"Paşinyanın vurulması çağırışını etməmişəm"

Milli Məclisin deputatı Aydın Mirzəzadə bu gün parlamentini iclasında “Snayperçilərimiz Paşinyanı vursun” sözlərini işlətmədiyini bəyan edib.

Strateq.az xəbər verir ki, bu barədə deputat tərəfindən Mia.az-a daxil olan məktubda parlamentdəki çıxışın təhrif edildiyi vurğulanıb: “Milli Məclisin plenar iclasında etdiyim çıxış mətbuat tərəfindən təhrif edilib. Mən Ermənistan baş naziri Paşinyanın snayperlə vurulması çağırışı etməmişəm. Mən çıxışımda cəbhə bölgəsində snayperlərin yerləşdirilməsini, atəş məsafələrinin nəzarətə götürülməsini təklif etmişəm.

Demişəm ki, cəbhə bölgəsinə hər iki dövlətin rəsmiləri, o cümlədən, Paşinyan da gələ bilər. Belə bir zamanda Azərbaycan snayperlərinin atəş açması fatal nəticələrə gətirib çıxarda bilər. Eləcə də, Azərbaycan dövlətinin rəsmiləri cəbhə xəttində olarkən, Ermənistan ordusunun snayperlərinin atəşi çox pis nəticələrə səbəb ola bilər. Təəssüf ki, mənim çıxışım jurnalistlər tərəfindən təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılıb”.

Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Aydın Mirzəzadə “Əsgərlərə əmr vermək hüququm yoxdur. Mən snayperlərdən xahiş edirəm, Ermənistanın baş naziri Nikol Paşinyan işğal olunan Azərbaycan ərazilərinə gələrkən onu vursunlar. Ermənistanın müdafiə naziri cəbhə bölgəsinə gələrsə, onu da vursunlar. Qoy zabitimizin qanı yerdə qalmasın. Ermənistan üçün bu, dərs olmalıdır. Ermənistan bilsin ki, Azərbaycan xalqı səbri tükənməz deyil. Ermənistan işğala, təxribata son qoymalıdır”, – deyə açıqlama vermişdi.

Lakin göründüyü kimi, bu açıqlamanın üstündən 5 saat çəkməmiş deputat xüsusi açıqlama ilə çıxış edərək, belə bir çağırış etmədiyini bəyan edib.