XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 June 2019 - 12:26

Deputatlar Daxili işlər nazirini istefaya göndərəcək? –Zelenskinin rəsmi saytında tələb olunan səs toplanıb

Ukrayna daxili işlər naziri Arsen Avakovun istefası üçün yaradılan və ölkə prezidentinin internet saytında “Elektron petisiyalar” bölməsində yerləşdirilən petisiya məsələyə baxılması üçün zəruri olan 25 min səsi toplayıb.

“İnterfaks” xəbər verir ki, petisiya dövlət başçısının saytında iyunun 2-də dərc edilib, onun müəllifi Roman Vasilenkodur.

Avakovu istefaya Ali Rada göndərə bilər. Bunun üçün deputatların azı 226-sı “getsin”ə səs verməlidir.

Avakovun istefası tələbi xidmətdən kənarda nişangahı dəqiq nişan almaqda yarışan sərxoş polis işçilərinin 5 yaşlı uşağı güllələyərək öldürməsindən sonra yaranıb/Report.