XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

06 İyun 2019 - 18:48

Binəli Yıldırım seçki ilə bağlı kürdlərə çağırış etdi:"Ərdoğan şeytanca oynanılan planları alt-üst etdi"

Binəli Yıldırım

Bu gün Diyarbəkirə gedən AKP-nin İstabul şəhər bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım mitinq keçirib.

Strateq.az xəbər verir ki, camaatı kürdcə salamlayan Binəli Yıldırım deyib ki, AKP iqtidarı Diyarbəkirin bir çox problemlərini həll edib: “15 il içində bir çox problemləri həll etdik. Yolları böldük, insanları yaxınlaşdırdıq. Ancaq Türkiyəni bölmərik.

Baş nazir olduğum dövrdə Surda, Bağlarda, Qayapinarda terror qruplaşması buraları yandırıb-yıxdı. Bir çox insanımız həyatını itirdi. 6-8 oktyabr hadisələri Diyarbəkirin tarixində qara bir ləkədir. O gün insanları qışqırdanlar, əslində, Diyarbəkirə deyil, millətin qardaşlığına da çox böyük zərər verdilər”.

Yıldırım deyib ki, Türkiyə sıradan bir ölkə deyil: “Türkiyə bölgəsində və dünyada çox önəmli bir dövlətdir. Bu bölgədə şeytanca oynanılan planları Ərdoğan alt-üst etdi”.

Daha sonra İstanbuldakı bələdiyyə seçkilərinə toxunan Binəli Yıldırım bildirib ki, Türkiyə qədər İstanbul da bir o qədər çox önəmlidir: “İstanbul deyincə, Türkiyə ağıla gəlir. İstanbul Türkiyənin özəyidir. 250 min diyarbəkirli hazırda İstanbulda yaşayır. Bilirsiniz, 31 martda seçki oldu.  Həmin günü təkcə İstanbulda seçki bitmədi. Səbəbini bilirsiniz. Yeni seçki 23 iyunda keçiriləcək. Siz 23 iyunda keçiriləcək seçkiyə hazırsınızmı?”.

Yıldırım sonda kürd seçiciləri həmin günü fəal olmağa səsləyib.