Peterburq beynəlxalq iqtisadi forumunda iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Strateq.az Rusiya mediasına istinadla bildirir ki, Kremlin saytında verilən xəbərə görə, Rusiya-Ermənistan strateji tərəfdaşlığı, regional əməkdaşlıq və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Paşinyan Rusiyanın lideri ilə Sankt-Peterburqda yenidən görüşməyə şad olduğunu vurğulayıb. Onun sözlərinə görə, Rusiya ilə münasibətlər planlı şəkildə inkişaf edir.