XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 June 2019 - 18:40

Ermənilər cəbhə xəttində yenə təxribat törətdi –Bir hərbi qulluqçumuz şəhid olub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

  Strateq.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, İyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!