Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyənin İstanbul şəhərində vəfat etmiş həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvana yola salınıb.
“Report”un xəbərinə görə, cənazə gecə saatlarında İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilib.
H.Əliyeva öz vəsiyyətinə uyğun olaraq bu gün Ordubad rayonunun Kələki kəndində torpağa tapşırılacaq. Mərhumun yas mərasimi də həmin kənddə təşkil olunacaq.