XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

16 İyun 2019 - 14:55

Ərdoğan S-400-lərin Türkiyəyə göndəriləcəyi tarixi açıqladı –Ankara geri addım atmır

“İyulda Rusiyadan S-400 raket komplekslərinin göndərilməsinə başlanacağını gözləyirik”.

“Reuters”in məlumatına görə, bunu iyunun 16-da Türkiyə mətbuatına ölkə prezidenti Rəcəp Tayyip Ərdoğan deyib.

“Hesab edirəm ki, iyulun birinci yarısından S-400 raketlərinin göndərilməsinə başlanacaq”, – Ərdoğan CNN Turk televiziyasına açıqlamasında deyib.

Qeyd edək ki, Moskva ilə Ankara arasındakı bu sövdələşmə ABŞ-la Türkiyə arasındakı münasibətləri daha da gərginləşdirib.

ABŞ deyir ki, Rusiya istehsalı olan bu hava hücumlarından müdafiə sistemi NATO ordusundakı F-35 təyyarələri barədə informasiya əldə edə bilər.

Bundan başqa, NATO və ABŞ dəfələrlə bəyan ediblər ki, S-400 zenit-raket komplekslərini NATO ordusuna uyğunlaşdırmaq mümkün deyil.

Vaşinqton bəyan edib ki, əgər Türkiyə bu fikrindən dönməsə, bu ölkəyə F-35 qırıcı təyyarələrinin satışını dayandıracaq. Vaşinqton həmçinin Türkiyəni mümkün sanksiyalarla hədələyib.

Qeyd edək ki, ABŞ və Türkiyə NATO üzvləridirlər.

ABŞ-ın müdafiə naziri əvəzi Patrik Şanahan bu ay – iyunda deyib ki, əgər Ankara kursunu dəyişməsə, Türkiyə F-35 qırıcı təyyarələri proqramından çıxarılacaq.

Ərdoğansa bu məsələni “Böyük 20-lər” ölkələrinin iyunda keçiriləcək sammiti çərçivəsində ABŞ-lı həmkarı Donald Trampla müzakirə edəcəyini deyib.

Türkiyənin xarici işlər naziri Mevlut Çavusoğlu isə deyib ki, Ankara Vaşinqtondan gələn istənilən sanksiyaya cavab verəcək.

Azadlıq Radiosu