Misirin hərbi yolla devirilmiş prezidenti Məhəmməd Mursi vəsiyyətinə əməl edilmədən, yeri və tarixi gizli saxlanılmaqla dəfn olunub.
İsrail KİV-ləri xəbər verir ki, onu ölkə paytaxtı Qahirənin şimalındakı Nasr-siti rayonunda torpağa tapşırıblar.
Bildirilib ki, hakimiyyət onun vəsiyyətinə qarşı çıxıb. M.Mursi Nil çayının deltasında yerləşən doğulduğu əl-Ədva kəndində dəfn olunmağı vəsiyyət edib. Mərasimə mərhum prezidentin yaxınları və vəkilləri qatılıblar.
Misirin baş prokuroru Nabil Sadik Məhəmməd Mursinin ölümünün səbəbinin araşdırılması üçün qrupun yaradılması barədə göstəriş verib.
Misir KİV-i yazıb ki, Misirdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə Məhəmməd Mursinin belə şəraitdə dəfn olunub/Report.