XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 June 2019 - 17:14

ƏRDOĞAN İMAMOĞLUNU SİSİ İLƏ EYNİLƏŞDİRDİ:"Biz kəfənizmi geyinib, bu yola çıxdıq"

Türkiyə Prezidenti Ərdoğan bu gün İstanbulda tərəfdarları qarşısında çıxış edib.

Strateq.az xəbər verir ki, Ərdoğan bir neçə gün əvvəl məhkəmə zalında qəfil vəfat edən Misirin sabiq prezidenti Mursini xatırladıb.

O deyib ki, Mursi devriləndə, müxalif CHP ona xoşagəlməz mesajlar verib: “Mursi devrilib, həbs ediləndə, bu CHP “Ərdoğanın da aqibəti belə olacaq” deyirdi. Bunların düşüncəsi budur. Lakin biz heç kimdən qorxmuruq. Biz kəfənimzi geyinib, bu yola çıxdıq. İndi mən sizdən soruşuram: bazar günü Sisimi (Misirin hazırkı prezidenti), yoxsa Binəli Yıldırımmı deyəcəyik?”.

Ərdoğan sonda istanbullulara üz tutaraq, onlardan Binəli Yıldırıma səs vermələrini istəyib: “Sizdən Binəli qardaşımıza dayaq olmanızı gözləyirəm. Sizdən İstanbuldakı seçkidən istifadə edərək, Türkiyəni güncə sıxmaq istəyənləri qutulara göməyinizi istəyirəm.

Siz bunlara Osmanlı şapalağı vurmağa hazırsınızmı?”.  

Xatırladaq ki, bu bazar İstanbul şəhər bələdiyyəsinin sədrliyinə təkrar seçki keçiriləcək.

Seçkidə əsas yarışın 31 martda olduğu kimi, bu dəfə də CHP-nin namizədi Əkrəm İmamoğlu ilə AKP-li Binəli Yıldırım arasında gedəcəyinə şübhə yoxdur.