XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2016 - 12:51

“500 dollar limiti ciddi çətinlik yaradacaq” – [color=red]Ekspert

"Mərkəzi Bankın yeni addımına görə, şəxsiyyət vəsiqəsi olmadan bir müştəriyə yalnız 500 dollar satıla bilər. Bu addımla Mərkəzi Bank dollara olan tələbi inzibatı yol ilə tənzimləməyə və öz valyuta ehtiyatlarına qənaətə etməyə çalışır. Amma kifayət qədər kiçik məbləğin limit kimi seçilməsi valyuta satışında ciddi çətinliklər yaradacaq".

Strateq.az xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, şəxsiyyət vəsiqəsi ilə dolların satılması valyuta dəyişmə məntəqələri üçün əlavə zaman alacaq və bu, onların işini də çətinləşdırəcək:

"Nəticədə valyuta dəyişmə məntəqələrinin qarşısında uzun növbələrin yaranacağı gözlənilir. Bu qərarın icrasında ən böyük risk “qara bazar”ın yaranması ilə bağlıdır. Şəxsiyyət vəsiqəsi və ya növbəyə dayanaraq dollar almaq istəməyənlər “qara bazar”da daha yüksək kursla valyuta almaq məcburiyyətində qala bilərlər. Çünki qeydiyyatsız valyuta almaq istəyənlər qeyri-leqal yollar axtaracaq".

İqtisadçı bildirir ki, şəxsiyyət vəsiqəsi ilə dolların satılmasının 500 dollar deyil, daha yüksək məbləğdə olması daha məqsədəuyğun idi:

"Xarici valyutaya tələbin hər gün artdığını nəzərə aldıqda Mərkəzi Bankın 500 dollarlıq limiti seçməsi doğru qərar deyil. Xarici valyutaya tələb yüksək olduğu üçün ən azı 5000 dollardan artıq valyutanın alınmasına görə şəxsiyyət vəsiqəsinin tələb olunması daha məqsədəuyğun idi.

Bu addımdan sonra qara bazarın yaranmaması üçün Mərkəzi Bank valyutadəyişmə məntəqələrini və bankları xüsusi avadanlıqla təmin etməlidir ki, şəxsiyyət vəsiqəsi ilə dollar alışı vaxt aparmasın. Bir sıra inkişaf etmiş ölkələrdə şəxsiyyət vəsiqəsi ilə dollar satışı həyata keçirilir, amma şəxsiyyət vəsiqəsini xüsusi avadanlığa yaxınlaşdırmaqla onu qeydə alır. Bu da qısa zamanda elektron formada məlumatın hazırlanmasına səbəb olur. Prosesin elektronlaşmasına ehtiyac varki bu növbələrin və ajotajın yaranmasına səbəb olmasın".

Vüqar Bayramov bu gün Mərkəzi Bankın kommersiya banklarına xarici valyuta məzənnələrini müstəqil şəkildə müəyyənləşdirmək üçün verdiyi hüquqa da münasibətini açıqlayıb:

"Bununla da, Mərkəzi Bank əslində tələb artdığı halda manatın ucuzlaşmasına start verdi. Düzdür Mərkəzi Bank bununla həmçinin “qara bazarın” qarşısını almağa çalışır. Amma reallıq bundan ibarətdir ki, bu, artıq manatın dollara nisbətən daha da ucuzlaşması mesajıdır".

Strateq.az