XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2016 - 17:10

Sərhəddə gömrükçülərlə sürücülər arasında insident – [color=red] VİDEO

gomruk korpu.jpg

Yanvarın 8-də səhər saatlarında Azərbaycan-Gürcüstan sərhəddində "Sınıq Körpü" Nəzarət Buraxılış Məntəqəsində bir qrup sürücü və gömrükçülər arasında insident baş verib.

Rəsmi məlumata əsasən, yeddi avtomobil sürücüsü avtomobillərin yük yerində daşıdıqları 200 kq meyvəyə görə gömrük rüsumu ödəməkdən imtina edib. (Turan)

Münaqişə qarşıdurmaya keçib. Hadisə yerinə polis dəstələri çağırılıb. Nəticədə NBM-nin işi bir saatlıq dayandırılıb.

Eyni zamanda, sürücülərdən bəziləri gömrükçüləri rüşvət tələb etməkdə ittiham edir və dövlət başçısının hər bir vətəndaşın on min dollar dəyərində məhsulu rüsum ödəmədən sərbəst şəkildə ölkəyə gətirə biləcəyi haqqında sərəncamına istinad edir.