XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

28 İyun 2019 - 10:17

ABŞ Senatından Türkiyəyə zərbə –F-35"-lərin satışını qadağan edən layihə qəbul olundu

ABŞ Senatının qəbul etdiyi 2020-ci il müdafiə büdcəsi layihəsində Türkiyəyə beşinci nəsil “F-35” təyyarələri və müvafiq texnologiyaların satışına qadağanı da yer alıb.

RİA “Novosti” xəbər verir ki, Konqresin yuxarı palatasında keçirilən səsvermənin yekununda 86 senator sənədin lehinə, 8-ci əleyhinə səs verib.

İndi öz büdcə variantları olan senator və Nümayəndələr Palatası üzvləri sənədin birgə versiyasını hazırlamalıdırlar və ondan sonra sənəd dövlət başçısı tərəfindən imzalanacaq.

Qanun layihəsinin mətnində qeyd olunur ki, müdafiə naziri və dövlət katibi Konqresə Türkiyə hökumətinin Rusiyadan S-400 zenit-raket kompleksi almayacağına dair sübut təqdim edəcəyi təqdirdə, sənəddə istisna ola bilər/Report.