XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 İyun 2019 - 13:00

Tramp Kim Çen Inla görüşdü –KXDR lideri ABŞ-a dəvət edilib

ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla görüşdə Şimali Koreya liderini Birləşmiş Ştatlara dəvət etdiyini bildirib.

O bunu jurnalistlərin sualına cavab verərkən deyib.

“Onu indi Ağ evə dəvət edəcəyəm”, – deyə o bildirib.

Kim Çen In öz növbəsində bildirib ki, Trampın onunla Pxanmuncom sərhəd məntəqəsində görüşmək istəyi barədə “Twitter”dən xəbər tutub.

“Mən sizin “Twitter”dəki təklifinizi eşidəndə, çox təəccübləndim və yalnız gecəyarı sizin təklifinizi qəbul edə bildim”, – deyə o bildirib.

KXDR lideri Trampın Şimali Koreya sərhədini rəmzi olaraq keçməsini tarixi hadisə adlandırıb.

Tramp, Kim Çen In və Cənubi Koreya Prezidenti Mun Çje İn sərhədin Cənubi Koreya tərəfindəndəki Azadlıq evində üçtərəfli görüş keçirib. /Report