XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 July 2019 - 10:37

İrandan sərt bəyanat:"OPEC ölür, çünki qərarların qəbul edilməsi Moskva və Ər-Riyadın əlinə keçib”

Rəsmi Tehran OPEC+ formatında əməkdaşlığı mənasız hesab edir.

Bunu İranın neft naziri Bijan Namdar Zanqane bildirib.

Onun sözlərinə görə, OPEC+ formatının mənasız olmasına səbəb, OPEC daxilində birliyin olmamasıdır.

O əlavə edib ki, bəzi OPEC üzvü olan ölkələr İrana və digər ölkələrə qarşı düşmənçilik edir.

Zanqane əlavə olaraq vurğulayıb ki, İran kartelə daxil olmayan ölkələrlə də müqaviləni dəstəkləyir: “İran OPEC-i tərk etməyəcək. Ancaq mən əminəm ki, OPEC ölür. Buna səbəb isə alyansda qərarların qəbul edilməsi məsələsi Moskvanın və Ər-Riyadın əlinə keçib”.

Onun fikrincə, Rusiya və Səudiyyə Ərəbistanının alyansdakı hakimiyyətinin güclənməsi OPEC-də əməkdaşlığa təsir göstərəcək/Report.