XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2016 - 21:58

Türk ordusu bir gündə [color=red] yüzlərlə terrorçunu zərərsizləşdirib

Türk ordusu ölkənin cənub-şərqində uğurlu əməliyyatlarını davam etdirir.

Strateq.az xəbər verir ki, bu məlumatı ordunun Baş Qərargahı yayıb. Məlumata görə, 8 Yanvar 2016-cı il tarixində əsgərlərin zərərsiz hala gətirdiyi terrorçu sayı yüzlərlədir. Təkcə Şırnaq vilayətinin Cizrə rayonunda 237 terrorçu zərərsizləşdirilib.

Rəsmi məlumatda əməliyyatların statistikası belə təqdim olunur:

* Diyarbəkir/Surda davam edən əməliyyatda iki separatçı terror təşkilatı mənsubu təsirsiz hala gətirilib (Əməliyyatda, təsirsiz hala gətirilən terrorçu sayı 70-dir.), bir barrikada ortadan qaldırılıb, bir ədəd əldədüzəltmə partlayıcı məhv edilib.

* Şırnaq/Cizrədə davam edən əməliyyatda 16 separatçı terror təşkilatı mənsubu təsirsiz hala gətirilib (Əməliyyatda, təsirsiz hala gətirilən terrorçu sayı 237-dir.), 10 barrikada, 6 ədəd əldədüzəltmə partlayıcı məhv edilib.

* Şırnaq/Silopidə davam edən əməliyyatda təhlükəsizlik güclərin tərəfindən qurulan nəzarət postlarında vətəndaşların arasına qarışaraq qaçmağa çalışan 24 separatçı terror təşkilatı mənsubu tutulub (Əməliyyatda təsirsiz hala gətirilən terrorçu sayı 119-dur.), 45 ədəd əldədüzəltmə partlayıcı məhv edilib, bir ədəd Kalaşnikov avtomatı, bir ədəd avtomat maqazini, 30 ədəd avtomat mərmisi, 3 ədəd ov tüfəngi, 17 ədəd ov tüfəngi mərmisi, bir ədəd pulemyot, bir ədəd tapança, bir ədəd tapança maqazini, 46 ədəd tapança mərmisi, bir ədəd qaz maskası, əldədüzəltmə partlayıcı istehsalında istifadə batareya və qurğu hissələri ələ keçirilib.

* Ağrı/Tutaqda separatçı terror təşkilatına kömək və bələdçilik edən üç şəxs tutularaq nəzarət altına alınıb. Axtarışlar zamanı bir ədəd Kalaşnikov avtomatı, iki ədəd maqazin, 60 ədəd 7.62 mm diametrli mərmi, bir ədəd ov tüfəngi ələ keçirilib.

* Kilis/Elbəylidə Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla daxil edən və İŞİD terror təşkilatı üzvü olduğu bildirilən bir şəxs tutulub.