XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

02 İyul 2019 - 22:17

Tbilisidəki etiraz aksiyalarının formatı dəyişdiriləcək –Detallar

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən etiraz aksiyalarının formatı dəyişdiriləcək.

Bu barədə aksiya təşkilatçılarından olan Şota Diqmelaşvili parlamentin binası önündə etirazçılar qarşısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, gələn həftədən etibarən parlamentin qarşısında müxtəlif tədbirlər təşkil olunacaq: “Aksiyalarda şeirlər oxunacaq, müzakirələr təşkil olunacaq və kinolar nümayiş etdiriləcək. Biz bu yeri daimi işgüzar məkana çevirəcəyik. Müxtəlif kiçik şirkətlər departamentlərinin müəyyən hissəsini buraya köçürəcəklər”.

Təşkilatçı qeyd edib ki, iyulun 4-də parlament binası önündə böyük konsert proqamı təşkil olunacaq, iyulun 6-na isə genişmiqyaslı yürüş planlaşdırılıb/Report.