XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

04 İyul 2019 - 17:45

BMT rəsmisi PKK komandiri ilə saziş imzaladı –Rəsmi Ankara BMT və İsveçrəyə nota verdi

Türkiyə YPG/PKK terrorçu qruplaşması ilə əməkdaşlıq edən BMT-nin Cenevrə ofisinə və terrorçuları ölkəyə buraxan İsveçrə hökumətinə nota verib.

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, etiraz notası BMT-nin uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi Virginia Qambasın PKK terror təşkilatının komandiri Fərhad Abdi Şahinlə saziş imzalamasına görə verib.

Türkiyənin BMT-nin Cenevrədəki Daimi Nümayəndəliyinin məlumatına görə, rəsmi Ankaranın etiraz notası ofisin rəhbərliyinə və İsveçrənin müvafiq qurumuna təqdim olunub. Bundan başqa, Daimi Nümayəndəlik BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersenlə də əlaqə yaradıb.

Xatırladaq ki, BMT-nin Cenevrə ofisi sözügedən sazişi rəsmi mərasimdə imzalayıb. Təşkilatın bəyanatında bildirilir ki, PKK azyaşlı oğlan və qızların silahlı münaqişədə istifadə edilməməsini öhdəsinə götürür.

BMT-nin hesabatına görə, YPG/PKK hərbi dəstələrində 2016-cı ildə 46 azyaşlı olub, 2017-ci ildə isə bu rəqəm artaraq 224-ə çatıb.