XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

07 İyul 2019 - 12:45

Ərdoğan Mərkəzi Bankın sədrini vəzifədən çıxarmasının səbəbini açıqladı:"Ona "faizi düşür" dedik, etmədi..."

Məlum olduğu kimi, ötən gün Türkiyə prezidenti Ərdoğan səlahiyyət müddətinin başa çatmasına 10 ay qalan Mərkəzi Bankın sədri Murad Çətinqayanı vəzifəsindən azad edib.

Strateq.az xəbər verir ki, Ərdoğanın digər sərəncamı ilə sözügedən vəzifəyə Mərkəzi Bankın sədr müavini Murad Uysal təyin olunub.

Ərdoğan belə bir qərar verməsini isə belə əsaslandırıb: “Ona iqtisadi toplantılarda dəfələrlə faizin düşürülməsinin vacibliyini söylədik. “Faiz düşərsə, inflyasiya enər” dedik, ancaq o, gərəkəni etmədi. Demək ki, biz eyni düşüncədə deyildik”.

Onu da qeyd edək ki, Mərkəzi Bankın rəhbərliyinə yeni təyin edilən Murad Uysal da açıqlama verib.

O deyib ki, pul siyasətini müstəqil şəkildə tətbiq etməyə davam edəcək: “Tətbiq olunacaq siyasətə uyğun bağlantı kanallarından da üst səviyyədə yararlanacam”.