XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

08 İyul 2019 - 15:05

Rəsmi Tehran Avropaya 60 gün vaxt verdi –Nüvə sazişi ilə bağlı gərginlik artır

İran uranın 3,67 faizdən artıq səviyyədə təmizləməyə başlayıb.

İRNA xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının (AEOİ) sözçüsü Bəhruz Kamalvəndi bildirib.

AEOİ həmçinin “nüvə sazişi”lə bağlı öhdəliklərini ixtisarın üçüncü mərhələsi çərçivəsində fəaliyyətdəki təmizləmə qurğularının sayını artıra biləcəklərini açıqlayıb.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogeriniyə məktub göndərdiyi də bildirilir. Həmin məktubda İranın “nüvə sazişi” iştirakçılarına irəli sürdüyü tələblərə dair qərar vermək üçün 60 gün vaxt verdiyi, həmin müddət başa çatdıqdan sonra üçüncü mərhələdə hansı öhdəliklərindən vaz keçəcəklərini açıqlayacaqları deyilir/Report.