XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

09 İyul 2019 - 12:24

Deputatlar tətilə yenə buraxılmadı –İyulun 12-də iclas olacaq

Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyində dəyişiklik edilib.

Strateq.az “Report”a istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, gündəliyə 38 mıəsələ daxil idi, bunlardan 3-ü çıxarılıb, iyulun 12-də keçirələcək plenar iclasda müzakirə olunacaq: “Bunlar “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarına, Mülki Məcəlləyə (hamısı bir paketdir), “Bank olmayan kredit təşkilatları haqqında” qanununa və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir”.

Xatırladaq ki, bu iclasdan əvvəl deputatların tətilə çıxacağı açıqlanmışdı.