XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2019 - 18:24

Putin onu təhqir edən jurnalistlə bağlı suala belə cavab verdi:"Bu, ona şərəf gətirər"

Rusiya Prezidenti Vladimir Putin “Rustavi-2” telekanalında təhqir olunmasından danışıb.

Strateq.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, o, həmin jurnalistə məhkəmə davası açmaq niyyətində olmadığını deyib: “Hər hansı cinayət işinin açılması ona şərəf gətirərdi. Qoy yayımını davam etdirsin”.

Xatırladaq ki, iyulun 7-də Gürcüstanın Rustavi-2 telekanalının aparıcısı Georgi Qabuniya özünün müəllif proqramında Rusiya Prezidenti Vladimir Putinin və valideynlərinin ünvanına təhqiredici ifadələr səsləndirib.

Bundan sonra kanal qısamüddətli dayanıb, həmin əməkdaş kanaldan qovulub.