XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2019 - 17:49

Ərdoğan Türkiyədəki suriyalılarla bağlı narazılıqdan danışdı:"Geri göndərəcəyik"

Türkiyəyə sığınan suriyalılarla bağllı getdikcə artan narazılıqlara prezident Ərdoğan maraqlı reaksiya verib.

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir neçə gün əvvəl keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında Ərdoğan vətəndaşların suriyalılardan narazılığına belə münasibət bildirib: “Biz o zaman suriyalılara qapılarımızı açmaq məcburiyyətindəydik. Onları görməzdən gələ bilməzdik. Onlara sahib çıxtıq. Bizim başımıza da eynisi gələ bilərdi. O zaman bizə kim yardım edəcəkdi, kim sahib çıxacaqdı?

Amma indi bu məsələdə yeni addımlarımız olacaq. Onları ölkələrinə dönmələrinə təşviq edəcəyik. Cinayət işləyənləri mütləq deportasiya edəcəyik. Bundan başqa, suriyalılardan aldıqları səhiyyə xidmətlərinə görə bir qartqı payı da almağı planlaşdırırıq”.