XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 July 2019 - 11:04

Saakaşvili “Keşikçidağ”dakı gərginlikdən danışdı:"...xeyirxah dünyada yaşayırıq”

“Mən Azərbaycan və gürcü xalqlarının müdrikliyinə inanıram. Biz yüzilliklərdir ki, xeyirxah dünyada yaşayırıq”.

Strateq.az xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bunu virtualaz.org-a Gürcüstan-Azərbaycan sərhədinin keçdiyi “Keşikçidağ” monastır kompleksi ətrafında baş verən hadisələrlə bağlı danışarkən deyib.

Gürcüstanın keçmiş prezidenti qeyd edib ki, daha əvvəl o, öz “feysbuk” səhifəsində bütün bu hadisələr haqda fikrini bildirib.

M.Saakaşvili vurğulayıb ki, ona yalnız bütün bu problemlərin həll olunmasını və Azərbaycanla Gürcüstanın yaxşı qonşuluq münasibətlərini saxlamalarını və inkişaf etdirmələrini arzulamaq qalır.