XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

16 İyul 2019 - 12:32

Rektordan sensasion açıqlama:"BDU-da edilən son dəyişikliklərə açıq şəkildə müqavimət göstərənlər var"

“Son aylar ərzində Bakı Dövlət Universitetində (BDU) edilən dəyişiklikləri hamı birmənalı qarşılamır. Hətta buna açıq şəkildə müqavimət göstərənlər də var”.

Bunu universitetin rektoru Elçin Babayev deyib.

O bildirib ki, məqsəd BDU-nu tamamilə yeni bir səviyyəyə qaldırmaqdır: “Mətbuat və informasiya sahəsində işimizi yenidən qurmaq üçün digər təcrübələri öyrənib, ciddi islahatlara hazırlaşırıq”.

Rektor qeyd edib ki, universitetlər piar sahəsində rəqabət aparmalıdır: “Amma bu rəqabət sağlam olmalıdır. Təəssüf ki, bəzən bu rəqabət əndazəsindən çıxır, istər-istəməz digər söhbətlərin yaranmasına səbəb olur. Bu isə bütövlükdə deyərdim ki, Təhsil Nazirliyi sistemində apardığımız ümumi işə kölgə salır. Bu mənada universitetləri həmrəyliyə çağırıram. Təbii ki, hər bir universitetin özünəməxsus inkişaf strategiyası var. Amma bu strategiya ölkədə təhsilin, gəncliyin formalaşmasına xidmət etməlidir. Ümumilikdə, həmkarlar arasında müəyyən etik məsələləri də gözləmək lazımdır”. /Report