XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 July 2019 - 14:25

“4-cü GƏMİNİ DƏ GÖNDƏRƏCƏYİK” –Rəsmi Ankara Avropa Birliyinə meydan oxudu

“Aralıq dənizində qaz axtarışı ilə məşğul olan 3 gəmimiz var, buradan deyirəm, 4-cü gəmini də göndərəcəyik”.

Strateq.az NTV-yə istinadla xəbər verir ki, bu sözləri Avropa Birliyinin (AB) Türkiyəyə sanksiya tətbiq edəcəyi barədə bəyanatına cavab olaraq,  Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, AB-nin Türkiyəyə sanksiya tətbiq etməsinin heç bir təsiri olmayacaq: “Zatən, bunun tətbiq edilmə mexanizmi də yoxdur. Bununla Türkiyənin geri çəkilməsini düşünənlər yanılır. Buradan deyirəm,  Aralıq dənizində qaz axtarışı ilə məşğul olan 3 gəmimiz var, 4-cü gəmini də göndərəcəyik. Ta o vaxta qədər ki, orada Kipr türklərinin də təməl haqları bərpa ediləcək”.