XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

21 İyul 2019 - 17:45

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov vəfat edib

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov vəfat edib.

Bu barədə politoloq və “Qovorit Moskva” radiostansiyasının Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev yerli mənbəyə istinadən xəbər verib.

O bu barədə türkmən iş adamlarından xəbər tutduğunu bildirib. Onların sözlərinə görə, xüsusi xidmət orqanlarında işləyən şəxslər hadisənin prezident məzuniyyətdə olan zaman baş verdiyini deyiblər.

Bildirilir ki, Qurbanqulı Berdımuhammedov iyulun 15-də məzuniyyətə çıxıb.

Həmçinin siyasətçinin ölümü barədə ərəb ölkələrindəki həyat tərzini işıqlandıran teleqram-kanal da məlumat yayıb. Yerli müxalifət qurumlarından birinin “Youtube” kanalı prezidentin iyulun 20-də öldüyünü xəbər verib.

Hazırda xəbər rəsmi səviyyədə nə təsdiq, nə də təkzib edilib. /Report