XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

22 İyul 2019 - 22:00

TRAMPDAN İMRAN XANLA GÖRÜŞDƏ ÇOX SƏRT BƏYANAT:"10 gün içində Əfqanıstanı yer üzündən silərik"

ABŞ prezidenti Donald Tramp Ağ Evdə  Pakistanın Baş naziri Imran Xanla görüşdən sonra çox kəskin bəyanat verib.

Strateq.az xarici mətbuata istinadla xəbər verir ki, Tramp Əfqanıstanı yer üzündən silə biləcəklərini açıqlayıb: “Bəli, Əfqanıstandakı savaşı bir həftə içində qazana bilərik. 10 gün içində isə Əfqanıstanı dünyadan silə bilərik. Ancaq 10 milyon insanı öldürmək istəmirik”.

Pakistandan Əfqanıstandakı vəziyyətlə bağlı dəstək istəyən Tramp deyib ki, 19 ildir orada əsgər kimi deyil, polis kimi davranıblar: “İndisə düşünürəm ki, ən yaxşı yol oradan əsgərlərimizi çəkməkdir”.