XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

23 İyul 2019 - 11:35

RUSİYA VƏ ÇİN QIRICILARI EYNİ SAATDA CƏNUBİ KOREYAYA GİRDİ –Rus təyyarəsinə atəşi açılıb

Cənubi Koreyanın sərhədini pozan Rusiyaya məxsus 3 qırıcı təyyarəyə xəbərdarlıq atəşi açılıb.

Strateq.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, təyyarələrdən biri ölkənin hava müdafiə sistemlərinin qoruduğu əraziyə girib: “Buna görə həmin təyyarəyə xəbərdarlıq atəşi açılıb”.

Nazirlik onu da bildirib ki, elə həmin saatda Çinə aid iki hərbi təyyarə də sərhədi pozub: “Biz bunun qəsdən olub-olmadığını bilmirik. Lakin bütün hallarda bu hadisələrlə bağlı həmin ölkələrə rəsmi etiraz bildiriləcək”.